Türkiyənin yeni baş qərargah rəisi bəlli oldu

Türkiyənin yeni baş qərargah rəisi bəlli oldu
  05 Avqust 2015    Oxunub:2250
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edilib.
Bu posta Quru Qoşunları keçmiş komandanı 63 yaşlı general Hulusi Akar rəhbərlik edəcək.

Qeyd edək ki, Baş Qərargahının komandanı Necdet Özel vəzifəsini səhhətində problemlərin olması ilə əlaqədar tərk edib.

N.Özel 2011-ci il avqustun 4-də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib.

Türkiyənin Kayseri vilayətindən olan Hulusi Akar 1952-ci ildə doğulub. 1972-ci ildə hərbi məktəbin məzunu olub. 1982-ci ildə Hərbi Akademiyanı bitirən Hulusi Akar hərbi Sİlahlı Qüvvələrdə xərbi xidmətə başlayıb, hətta ölkə xaricində də qulluq edib. O, İtaliyanın Napoli şəhərində Cənubi Avropa Müttəfiq Qüvvələri Qərargahının (AFSOUTH) kəşfiyyat idarəsində çalışıb. Daha sonra Bosniya-Herseqovinada xidmət edən bacarıqlı zabit bir neçə dəfə xidmətə görə medallarla təltif olunub. General rütbəsində isə Quru Qüvvələri Hərbi məktəbinin rəhbəri kimi məşhurlaşıb. O, 30 avqust 2011-ci ildə Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib.


Teqlər:





Xəbər lenti