Birinci xanım parlament seçkilərində iştirak edəcək

Birinci xanım parlament seçkilərində iştirak edəcək
  05 Avqust 2015    Oxunub:2405
Venesuela prezidentinin həyat yoldaşı Siliya Flores Milli Assambleyaya – ölkə parlamentinə keçirilən seçkilərə qatılmaq qərarı verib.
AzVision.az `The Guardian`a istinadən xəbər verir ki, ölkə başçısı Nikolas Maduro həyat yoldaşının bu qərarını dəstəkləyib.

Bundan bir neçə saat əvvəl isə müxalifət lideri Mariyo Korina Maçado namizəd kimi qeydiyyatdan keçməkdən imtina edib.
Qeyd edək ki, Venesuelada parlament seçkiləri 6 dekabr tarixində keçiriləcək.

Xatırladaq ki, 2014-cü ildə Maçado Nikolas Maduronu istefa verməyə çağırıb. Etiraz aksiyalarında iştirak etdiyinə görə, müxalifət liderinin deputat mandatı əlindən alınmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti