Ermənistanın beynəlxalq rezervləri sürətlə azalır

Ermənistanın beynəlxalq rezervləri sürətlə azalır
  05 Avqust 2015    Oxunub:1682
Ermənistanın Beynəlxalq Bankının nəzarətində olan beynəlxalq rezervlər yenidən azalmağa başlayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, yalnız iyul ayında ermənilərin rezervləri 50 milyon dollardan çox azalıb.

Əgər iyunun birində ermənilərin beynəlxalq rezervləri 1 milyard 598 milyon idisə, onda bu göstərici iyulun biri – 1 milyard 546 milyon dollar olub.

Ermənistanda ən aşağı rezerv göstəricisi bu ilin fevralında olub. Belə ki, həmin vaxt bu göstərici 1 milyard 261 milyon dollara düşüb. Lakin Avrobondların buraxılmasından əldə olunan gəlirlər beynəlxalq rezervlərə köçürüldükdən sonra vəziyyət bir qədər yaxşılaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti