`Türkiyə və Ərdoğanı hədələməmişik` - Kreml

`Türkiyə və Ərdoğanı hədələməmişik` - Kreml
  05 Avqust 2015    Oxunub:1885
Kreml KİV-lər Rusiya prezidenti Vladimir Putinin şəxsən Türkiyənin Moskvadakı səfirini çağıraraq onunla İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına dəstək verməsi danışması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Bu barədə AzVision.az `BBC`yə istinadən xəbər verir.

`Xeyr, bu məlumat həqiqətə uyğun deyil`, - deyə Putinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl KİV-də Rusiya prezidenti Vladimir Putin Türkiyəni hədələməsinə dair məlumatlar yayılmışdı. Belə ki, Türkiyənin Rusiyadakı səfiri Ümit Yardımla görüşən Putin rəsmi Ankaranı İŞİD terrorçularına yardım etməməyi tələb edib. Buna səbəb isə Rusiyanın Aralıq dənizində yerləşən yeganə hərbi-dəniz donanmasının fəaliyyətinin təhlükə altında qalmasıdır.

Səfirlə görüşü zamanı Putin Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanı diktator adlandırıb. Putin diplomatik etikaya sığmayan sözlər də işlədib: “Mən Ərdoğanı və onun İŞİD-ni cəhənnəmə göndərərəm”.

İki saatlıq görüşdə əsəblər tarıma çəkilib. Səfir isə Putinin ittihamlarını qəbul etməyib və Suriyada vətəndaş müharibəsində Rusiyanı günahlandırıb. Putinin cavabı isə sərt olub: “Onda öz diktatoruna de ki, o, İŞİD-in terrorçuları kimi cəhənnəmə düşə bilər. Ərdoğan və onun ərəb müttəfiqləri üçün Suriyanı “Böyük Stalinqrad”a çevirməkdən başqa yolum yoxdur. Bu Adolf Hitlerdən betər qəddarlıq olacaq”.

Rusiya prezidenti deyib ki, rəsmi Moskva Suriyada təhlükəsizliyini təminatı üçün Çin və İranla əməkdaşlığını davam etdirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti