Rusiya xərclərini azaltdı - 151 milyon
Sənədə görə, proqramın həyata keçirilməsi üçün ümumi xərclər azaldılaraq, 631 milyard 459,9 milyon rubldan 631 milyard 308,5 milyon rubla çatdırılıb. Hökumət Samarada 240 metrlik teleqüllənin ucaldılmasından imtina etdiyini təsdiq edib. Moskvadakı “Spartak” stadionu ərazisində müvəqqəti qurğuların tikintisi isə federal büdcə hesabına həyata keçiriləcək.
Sənədə görə, 335 milyard 7,2 milyon rubl federal büdcədən, 97 milyard 174,2 milyon rubl regional büdcələrdən, 199 milyard 127,1 milyon rubl hüquqi şəxslər tərəfindən ayrılacaq. Bu zaman federal büdcənin xərcləri azaldılaraq 335,159 milyard rubldan 335,007 milyard rubla çatdırılacaq.
Çempionatın büdcəsi ilk dəfə deyildir ki, ixtisar edilir. Nazirlər Kabineti iyun ayında dünya çempionatına xərcləri təqribən 30 milyard rubl azaldıb.
2018-ci il futbol üzrə dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kazan, Nijnı Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov Donda 12 stadionda keçiriləcək.
Teqlər: