Azərbaycanlı Lukaşenkodan sığınacaq istəyir
Bu müddət ərzində 392 ukraynalı, 27 suriyalı, 7 liviyalı və bir livanlı qorunma statusu alıb.
Ümumilikdə qaçqın və əlavə qorunma statusu almaq üçün 599 nəfər Belarus hökumətinə müraciət edib. Onlardan 457-i Ukrayna, 77 Suriya, 24-ü Əfqanıstan, 12-i İraq, 7-i Gürcüstan, 7- Yəmən, 3 – İran, iki Pakistan, Rusiya, Sloveniya və Qana, bir Azərbaycan, Özbəkistan, Liviya və Moldova vətəndaşı müraciət edib.
Qeyd edək ki, 1997-ci ildən bəri Belarusda 910 nəfər qaçqın statusu alıb. Onlardan 30-u azərbaycanlıdır.
Eldar Tanrıverdiyev
AzVision.az