ABŞ `ən ölümcül` silahını təqdim etdi – VİDEO

ABŞ `ən ölümcül` silahını təqdim etdi – VİDEO
  06 Avqust 2015    Oxunub:12924
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) `Virciniya` tipli yeni sualtı qayığı öz arsenalına qəbul edib.

AzVision.az `CNN`-ə istinadən xəbər verir ki, `Con Uorner` adı verilən qayıq ABŞ-ın `ən ölümcül` silahlarından biri hesab olunur.

Onun su basımı 7800 tondur, o 500 metr dərinliyə qədər enə bilər. Sualtı qayıq `Tomaqavk` qanadlı raketini buraxmaq üçün 12 işəsalma qurğusu, həmçinin MK 48-in ağır torpedaları üçün dörd bölmə ilə təchiz olunub.

Bundan əlavə sualtı qayıq pilotsuz uçan qurğularda havaya buraxa bilər. Belə bir sualtı qayığın qiyməti iki milyard dollardır.

`Bu bizim arsenalımızda olan ən texnoloji və ölümcül silahdır`, - deyə ABŞ admiralı Conatan Hernet bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti