2 dəhşətli bomba və 70 il...

2 dəhşətli bomba və 70 il...
  06 Avqust 2015    Oxunub:2171
Amerikanın B-29 “Superfortress” bombardmançı təyyarəsi düz 70 il əvvəl - 1945-ci il, avqustun 6-da “Balaca” adlandırılan atom bombasını Yaponiyanın Xirosima şəhərinə atdı.

Üç gündən sonra isə şərti adı “Gonbul” olan ikinci bomba Naqasakini xarabalığa çevirdi. Bu iki şəhərdə 250 min adam həlak oldu, daha 450 min nəfər isə sonrakı illərdə şüa xəstəliyindən və yanıqdan öldü.

Xirosima və Naqasakiyə hücumlar tarixdə insanlara qarşı nüvə silahının tətbiqinə dair yeganə fakt olaraq qalır.

Bu bombardman hələ də mübahisə mövzusu olaraq qalır. Bir çoxları hesab edir ki, bu, insanlığa və əxlaqa zidd addım idi. Digərləri isə bildirir ki, bu aviazərbələr Tokionu təslim olmağa məcbur etdi, bununla da yüz minlərlə amerikalının və yaponun həyatı xilas oldu.

























































Teqlər:





Xəbər lenti