Dəhşət: baş nazirə yaxınlaşmaq istədi, başı kəsildi

Dəhşət: baş nazirə yaxınlaşmaq istədi, başı kəsildi
  07 Avqust 2015    Oxunub:12142
Perunun baş naziri Pedro Katerianonun olduğu helikopterə qaçaraq yaxınlaşmağa çalışan 20 yaşlı tələbə qız faciəvi şəkildə ölüb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli “RPP” nəşri məlumat yayıb.

Məlumata görə, 20 yaşlı Lina Sapata Feyxo qardaşının haqsız yerə həbsxanaya yerləşdirilməsi ilə bağlı şikayət məktubunu baş nazirə ötürmək məqsədilə Pedro
Katerianonun helikopterinə doğru qaçıb.

Bu zaman helikopterin hərəkətdə olan pəri qızın başını bədənindən ayırıb. İnsident səbəbindən Kateriano səfərini dayandırmalı olub. Hakimiyyət qurumları insidentin ciddi şəkildə araşdırılacağını və hadisəyə görə məsuliyyət daşıyan baş nazirin mühafizəçiləri cəzalandırılacağını vəd ediblər.


Teqlər:  





Xəbər lenti