Moskvada qafqazlılar dava saldı - 8 nəfər həbs edildi

Moskvada qafqazlılar dava saldı - 8 nəfər həbs edildi
  07 Avqust 2015    Oxunub:1970
Rusiya paytaxtı Moskvada Lipetsk küçəsində yerləşən kafelərdən birində qafqazlılar arasında dava baş verib.
AzVision.az `İnterfax` agentliyinə istinadən xəbər verir ki, qarşıdurma iştirakçılarından biri ayaq nahiyəsindən yaralanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində 8 nəfəri saxlayıb. Məlumatda qeyd olunur ki, insident kafe sahibi və qafqazlılar arasında baş verib.

Hadisı yerinə təcili tibbi yardım maşınları gəlib. Polis əməkdaşları isti izlərlə cinayət törətməkdə əli olan 8 nəfəri saxlayıb.

Məlumatda vurğulanır ki, Moskvanın polis rəisi Anatoli Yakunin hadisə ilə bağlı istintaq işini şəxsən nəzarətə götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti