Paytaxt dəyişdirilir

Paytaxt dəyişdirilir
  07 Avqust 2015    Oxunub:3783
İranda paytaxtın Tehrandan köçürülməsinə dair aktiv müzakirələr başlayıb.
Bu barədə AzVision.az `İRNA ` agentliyinə istinadən xəbər verir.

2013-cü ilin dekabrında ölkə parlamenti 110 lehinə, 98 əleyhinə olmaqla paytaxtın köçürülməsinə dair qərar qəbul edib. Lakin həmin vaxtdan bu məsələ ilə bağlı heç bir irəliləyiş olmayıb.

İran DİN rəhbəri Abdulrza Rəhmanı Fəzli jurnalistlərə açıqlamasında bildirib ki, prezident Ruhani artıq 20 ildir müzakirə olunan paytaxtın köçürülməsi ideyası ilə razıdır.

`Deputatların paytaxtın Tehrandan başqa əraziyə köçürülməsi haqqında qanunu qəbul etməsinə baxmayaraq layihənin maliyyə imkanları hələ də qeyri-müəyyəndir`.

İranın parlament işləri üzrə vitse-prezidenti Məcid Ansari isə bu ideyanı qeyri-real adlandırıb. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün böyük həcmdə vəsait lazımdır.

Qeyd edək ki hazırda İran paytaxtında 14 milyon insan yaşayır və Tehran Yaxın Şərqin ən böyük şəhəridir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti