`Münaqişənin bitməsinə hələ çox var` - Baş nazir

`Münaqişənin bitməsinə hələ çox var` - Baş nazir
  08 Avqust 2015    Oxunub:1928
“Donbassda münaqişənin bitməsinə hələ çox var”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna baş naziri Arseni Yatsenyuk Kiyevdə könüllülərlə görüşündə çıxış edib.

“Təəssüf ki, müharibə hələ bitməyib. Ukraynada sülhün bərqərar olmasına hələ çox var. Çünki Rusiya Minsk anlaşmalarını yerinə yetirmək istəmir”, - deyə o vurğulayıb.

A. Yatsenyuk onu da əlavə edib ki, sülhə doğru yol güclü Ukrayna ordusundan keçir.


Teqlər:





Xəbər lenti