Türkiyədə fövqəladə vəziyyət davam edir

Türkiyədə fövqəladə vəziyyət davam edir
  08 Avqust 2015    Oxunub:2304
Kürd Fəhlə Partiyasının (PKK) terrorçu fəaliyyətinin qarşısını almaq məqsədilə Türkiyənin 8 vilayətində elan olunmuş fövqəladə vəziyyət davam edir.

Anadolu Agentliyinin məlumatına görə, fövqəladə vəziyyət elan olunmuş 37 rayonda, o cümlədən Gaziantepin 14, Şırnakın 9 bölgəsində antiterror əməliyyatları aparılır. Əhaliyə hərbi əməliyyatlar keçirilən ərazilərə keçməmək tövsiyə olunub. Bildirilir ki, bəzi hallarda PKK terrorçuları partlatdıqları kommunikasiya xətlərinin, körpü və yolların təmirinə də mane olmağa çalışırlar. Təmir işlərində çalışan işçilər atəşə tutulur, təhdidlərə məruz qalırlar.


Teqlər:





Xəbər lenti