Boris Nemtsovun qətlində yeni faktlar

Boris Nemtsovun qətlində yeni faktlar
  08 Avqust 2015    Oxunub:2263
Rusiyanın müxalifət lideri Boris Nemtsov iki müxtəlif tapançadan açılan atəş nəticəsində qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə `Kommersant` qəzeti açılan cinayət işi üzrə kompleks tibbi ekspertizaya istinadən xəbər verir
Nəşrin yazdığına görə, Nemtsov üç güllə yarasını səsboğucu olan tapançadan, digər yaraları isə səssiz atəş üçün qurğu ilə təchiz olunmayan silahdan açılan atəş nəticəsində alıb. Ekspertlərin fikrincə Nemtsovun aldığı yaraların fərqli olması müxtəlif patronlarla əlaqədar ola bilər.

Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti