Uitni Hyustonun qızını əri öldürüb ?

Uitni Hyustonun qızını əri öldürüb ?
  08 Avqust 2015    Oxunub:2962
Mərhum amerikalı müğənni Uitni Hyustonun qızı 21 yaşlı Bobbi Kristinanı onun həyat yoldaşı Nik Qordon zəhərlərək öldürüb.
AzVision.az xəbər verir ki, bunula bağlı Bobbi Kristinaya məhkəmə tərəfindən təhkim edilən himayədarı Fulton Ali Məhkəməsinə müraciət edib. Müraciətdə deyilir ki, Nik Qordon tərkibində uyuşdurucu maddə olan kokteyli həyat yoldaşına içizdirib.

Daha sonra onu hamamda üzü aşağı formada içi su ilə dolu olan vannaya uzadıb. Bunun nəticəsində nəfəs ala bilməyən Bobbi həyatını itirib.



Qeyd edək ki, Uitni Hyuston da 2012-ci ilin fevral ayında Los Ancelesdə hoteldə hamam otağında ölü aşkar olunmuşdu. Onun 48 yaşı var idi. Bobbi Kristina Braun isə onun yeganə övladıdır.


Teqlər:  





Xəbər lenti