Ukraynanın `qara siyahı`sına düşən rus məşhurlar
Bildirilir ki, Ukraynada arzuolunmaz şəxslər sayılan rusiyalı mədəniyyət xadimləri vaxtilə Krımın ilhaqı və müstəqilliyini elan etmiş Donetsk və Luhansk bölgələrinə dəstək bildiriblər.
Belə bir sənədin hazırlandığı əvvəl də məlum olub. Lakin ona daxil edilmiş adların tam siyahısı ilk dəfədir ki, açıqlanır.
Təhlükəsizlik Xidmətində tərtib edilən sənəd, informasiya teleradioməkanının qorunması barədə qanunun tələblərinə uyğun olaraq Mədəniyyət Nazirliyinə təqdim olunub.
Müvafiq təkliflərin daxil olduğu təqdirdə siyahının genişləndiriləcəyi bildirilir.
Fevral ayında Xarici İşlər Nazirliyinə Ukraynaya girişi müvəqqəti yasaqlanacaq 115 adamdan ibarət siyahının verildiyi bildirilib.
“Qara siyahı” ilə yanaşı “ağ siyahı”da mövcuddur.
Belə ki, ötən ay Mədəniyyət Nazirliyi Ukraynaya gəlməsi tövsiyyə edilən xarici mədəniyyət və incəsənət xadimlərindən ibarət əlavə bir siyahı dərc edib.
Andrey Makareviç, Liya Axecakova, Boris Akunin və Eldar Ryazanov-da daxil olmaqla həmin siyahıda 34 nəfərin adı var. Siyahıya həmçinin Pedro Almodovar və Arnold Schwarzenegger-in adları da daxil edilib.
"Ağ siyahının” hazırlanması həqiqət, ədalət və sadəcə insan vicdanı tərəfini tutmaqdan qorxmayan xarici ölkələrin vətəndaşlarına minnətdarlıq və ehtiram əlamətidir”, - Mədəniyyət Nazirliyinin bəyanatında deyilir. (bbc)
Teqlər: