Daha bir Avropa ölkəsində hicaba qadağa

Daha bir Avropa ölkəsində hicaba qadağa
  09 Avqust 2015    Oxunub:1900
Estoniya hökuməti ictimai yerlərdə hicab geyinilməsinə dövlət səviyyəsində tam qadağa qoyulması məsələsinə baxmaq niyyətindədir. Bu ilk növbədə Avropa qaçqınların qəbulu üzrə proqram çərçivəsində ölkəyə gəlməsi gözlənilən müsəlman qadınlara aid ediləcək.

Ölkəyə digər mədəni ənənələr daşıyıcısı olan insanların gəlməsi ilə əlaqədar yarana biləcək problemlər təhlil edilməlidir. Bu barədə Estoniyanın sosial məsələlər üzrə naziri Marqus Tsaxna deyib.

Nazir ictimai yerlərdə hicab geyinilməsinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, bu təhlükəsizlik ilə bağlı problemlərin yaranmasına gətirib çıxara bilər.

"Biz onları əvvəlcədən xəbərdar edirik. Onlara xüsusi status vermək niyyətində deyilik", — deyə nazir bildirib.

O həmçinin Fransanı misal gətirərək bildirib ki, bu ölkədə sözü gedən qadağa artıq tətbiq edilib. Eyni zamanda M.Tsaxna vurğulayıb ki, bu cür məsələləri müsəlman əsilli qaçqınlar artıq ölkələrinə gələndən sonra həll etməyə başlayan Avropa ölkələri ciddi problemlərlə üzləşib. "Ona görə də Estoniya hakimiyyəti bunun qarşısını almalıdır ”, - deyə nazir bildirib.

12 iyun 2015-ci ildə Estoniya parlamentinin Avropa İttifaqı məsələləri üzrə komissiyası ölkədə Afrikadan olan 156 qaçqını yerləşdirməyə razılıq verib.


Teqlər:





Xəbər lenti