ATƏT-in 4 zirehli maşını yandırıldı

ATƏT-in 4 zirehli maşını yandırıldı
  09 Avqust 2015    Oxunub:1931
Donetskdə ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının dörd zirehli avtomobili yandırılıb. Bu barədə missiyanın “Twitter” səhifəsində məlumat yayılıb.

Məlumatda deyilir: “Bu gün gecə Donetskdə xüsusi missiyanın ofisinin yaxınlığında ATƏT-in dörd zirehli avtomobili açıq-aşkar yandırılaraq məhv edilib. Missiya belə hərəkətləri pisləyir”.

Hadisənin təfərrüatının daha sonra açıqlanacağı bildirilib.


Teqlər:





Xəbər lenti