PKK daha bir polisi qətlə yetirdi
Türkiyə mediasının məlumatına görə, Avqustun 8-də gecə saatları Mardində terrorçularla atışmada bir polis nəfəri şəhid olub. Ağrı bölgəsinin Doğubəyazit rayonunda hərbiçilərə məxsus müşahidə qülləsi terrorçular tərəfindən atəşə tutulub. PKK tərəfdarları Şırnak şəhərinin mərkəzi yollarını bağlayıblar.
Kürd Fəhlə Partiyasının terrorçu fəaliyyəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub. PKK-da silahları təhvil vermək, terrora son qoymaq çağırışları günbəgün artmaqdadır.