Türkiyədə polislərə hücum - 7 nəfər yaralanıb

Türkiyədə polislərə hücum - 7 nəfər yaralanıb
  10 Avqust 2015    Oxunub:1360
Avqustun 10-da İstanbulun Sultanbəyli payonundakı Fatih Polis Mərkəzinə təşkil edilən hücumda 5 polis məmuru və 2 vətəndaş yaralanıb.
Sultanbəylinin Neft Yolu küçəsindəki 3 mərtəbəli polis mərkəzi bomba ilə partladılıb. Binanın yaxınlığındakı bəzi ev, iş yeri və digər tikililər zədələnib.

Partlayışdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və səhiyyə briqadası cəlb edilib. Yaralılar Sultanbəyli Dövlət Xəstəxanasına aparılıb. Binalardan birində baş verən yanğın söndürülüb.

Aralarında xüsusi təyinatlı işçilərin də olduğu çox sayda polis dəstəsi məntəqə ətrafında təhlükəsizlik tədbirləri görülür. Terror hücumunu törədənlərin yaxalanması üçün əməliyyata başlanılıb.


Teqlər:





Xəbər lenti