ABŞ-da dəhşət: 8 nəfərlik ailə öldürüldü
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir ki, əli silahlı cinayətkar tanımadığı evə daxil olaraq bir ailənin 8 üzvünü güllələyərək qətlə yetirib.
Əraziyə cəlb olunan polis əməkdaşları ona təslim olmağı əmr etsə də cinayətkar polislərə atəş açıb. Bir saat çəkən danışıqlardan sonra qatil təslim olub.
Hüquq-mühafizə orqanları əməkdaşları evə baxış keçirərkən orada iki böyük və 6 uşağın cəsədi tapılıb.
Saxlanılan Devid Konli barəsində adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Məlum olub ki, öldürülən şəxslərin hamısı güllələnib, hətta cinayətkar bəzi şəxslərə bir neçə dəfə atəş açaraq qətlə yetirib.
Qeyd edək ki, öldürülən şəxslərin hamısı bir ailənin üzvü olub.
Hazırda ABŞ polisi faktla bağlı araşdırmalara başlayıb.
Eldar Tanrıverdiyev
AzVision.az