Ağalarov Rusiya hökumətini uddu - 1,1 milyardlıq iddia

Ağalarov Rusiya hökumətini uddu - 1,1 milyardlıq iddia
  10 Avqust 2015    Oxunub:3732
Azərbaycan əsilli milyarder Araz Ağalarovun şirkəti “Crocus Group” Rusiyanın Regional İnkişaf Nazirliyindən 1.1 milyard rubl alacaq.
AzVision.az `Vedomosti`yə istinadən xəbər verir ki, Doqquzuncu Arbitraj Məhkəməsi Moskva Arbitraj Məhkəməsinin qərarını dəyişməyib

Qeyd edək ki, Araz Ağalarov Regional iİkişaf Nazirliyindən 1.4 milyard rubl tələb etmişdi.

Ağalarovların sahibi olduğu “Crocus Group” şirkəti nazirliyin qismində Rusiya dövlətinə qarşı məhkəmə iddiası qaldırıb.

İddiaya əsasən şirkət Rusiya hökumətinin sifarişi ilə Uzaq Şərq Universiteti kompleksini inşa edərkən ayrılan vəsait işləri başa çatdırmağa kifayət etməyib və “Crocus Group” ziyana düşüb. İşə Moskvanın Arbitraj Məhkəməsi baxıb və Azərbaycan əsilli milyarderin lehinə qərar verib.

Vladivostok yaxınlığındakı Rus adasında inşa edilən nəhəng universitet kompleksi prezident Vladimir Putinin şəxsi nəzarətində olan layihə idi və bu kompleksin inşası Ağalarovun şirkətinə həvalə edilmişdi. Ümumi sahəsi 4 milyon kvadratmetr olan obyekt 2012-ci ildə istifadəyə verilib.

Tikintiyə büdcədən 2 milyard dollara yaxın vəsait sərf edilib. Buna baxmayaraq podratçı şirkət əlavə xərclərin meydana çıxması üzündən ziyana düşüb.

Ağalarov müsahibələrində dəfələrlə deyib ki, bu layihə onun şirkətinə heç bir mənfəət gətirməyib, əksinə, ziyanla başa gəlib. Rusiya hökuməti ziyanı kompensasiya etmək üçün “Crocus Group”a Rus adasında ərazi təklif etsə də iş adamı orada daşınmaz əmlak biznesinin kommersiya perspektivlərinin olmadığını görərək təklifi qəbul etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti