Qaçqınlar Avropaya axışır - bir ildə 627 min insan

Qaçqınlar Avropaya axışır - bir ildə 627 min insan
  10 Avqust 2015    Oxunub:2394
Liviyadan İtaliyaya köç edən qaçqınlarların daşınması ilə əlaqədar Aralıq dənizində demək olar ki, hər gün faciə yaşanır. Sonuncu dəfə qayığın batması nəticəsində baş verən bədbəxt hadisədə 600 sərnişindən yalnız 340 nəfərin həyatını xilas etmək mümkün olub.
AzVision.az “Bild” qəzetinə istinadən bildirir ki, 2014-cü ildən indiyədək Avropada ümumən 627 mindən çox qaçqın qeydə alınıb.

Onların da 3/1 hissəsi, yəni qeyd olunan statistik rəqəmin 203 min nəfəri Almaniyada yaşayır.

Böyük Britaniya, Polşa, İspaniya, Portuqaliya və İtaliya kimi ölkələr Avropaya axışan qaçqınların çox cüzi hissəsini qəbul edirlər.

“Bild” qəzeti onu da əlavə edir ki, Almaniya və İsveçdəki qaçqınlar daha çox perspektivli iş yerlərinin axtarışına meyillidirlər. Rumıniya və İtaliya isə qaçqınların ölkəyə girişində elə də ciddi yoxlama qaydaları tədbiq etmirlər.

Böyük Britaniya və Fransa isə gəlmələri qarşı sərt mövqeyi ilə fərqlənir. Bu ölkələr mümkün qədər qaçqın axınının qarşısını almaq üçün sərt addımlar atmağa başlayıb.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti