İstanbulda atışma: iki terrorçu və bir polis öldü (Video)

İstanbulda atışma: iki terrorçu və bir polis öldü (Video)
  10 Avqust 2015    Oxunub:1986
Türkiyədə İstanbulun Sultanbəyli rayonunda Fateh polis bölməsinə edilən silahlı hücum zamanı iki terrorçu məhv edilib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terroçularla polis arasında baş verən atışma zamanı bir polis əməkdaşı da həlak olub.



Qeyd edək ki, Sultanbəyli rayonun Petrol yolu küçəsində 3 mərtəbəli polis şöbəsinə partlayıcı ilə basqın edilib. Partlayıcı dolu avtomobilin partlaması nəticəsində ərazidə olan vətəndaşlara məxsus 15 maşına zərər dəyib. Yaxınlıqda yerləşən ticarət mərkəzinin şüşələri sınıb, bina yararsız hala düşüb. Hazırda hadisə yerində gərginlik davam edir.


Teqlər:





Xəbər lenti