Ərəblər səhvən dostlarını bombaladı: xeyli ölü var

Ərəblər səhvən dostlarını bombaladı: xeyli ölü var
  10 Avqust 2015    Oxunub:2211
Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya səhvən öz tərəfdaşlarına aviazərbələr endirib.
AzVision.az ` Associated Press`-ə istinadən xəbər verir ki, ən azı 20 nəfər ölüb.

Yəmən Təhlükəsizlik İdarəsinin rəsmisini sözlərinə görə, hadisə avqustun 8-i baş verib. Koalisiya qüvvələrinin bombardmanı nəticəsində həlak olan ayaqlıları Abayan vilayətinin paytaxtı Zincibara gediriblər.

Qeyd edək ki, iyulun 28-i koalisiya Yəmənin Adən şəhərində BMT-nin İnkişaf Proqramının nümayəndəliyinə aviazərbələr endirib. Hadisə nəticəsində binaya ciddi ziyan dəyib, bir nəfər yaralanmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir.

Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri (şiələr) hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti