Messi və Arda azərbaycanlılarla birlikdə

Messi və Arda azərbaycanlılarla birlikdə
  10 Avqust 2015    Oxunub:4937
Gürcüstanın paytaxtı Tbilisi də keçiriləcək UEFA Super Kuboku açılış mərasimində minlərlə uşaq, `Barselona` və `Seviliya`nın oyunçularından ibarət canlı ` zəncir` formalaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib.

Canlı `zəncir`də 9 ölkədən olan uşaqlar iştirak edəcək. Məlumata əsasən burada Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Türkiyə, Ermənistan və Azərbaycandan olan uşaqlar təmsil olunacaq.

Aksiya dostluq və birliyi simvolizə edəcək. Canlı `zəncir` Con Lennonun `İmagine` mahnısının sədaları altında formalaşdırılacaq.

Qeyd edək ki, `Barselona` və `Seviliya` sabah Bakı vaxtilə saat 23:45-də qarşılaşacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti