Paris və Londonun miqrantlarla siçan-pişik oyunu
AzVision.az Fransanın “France-Press” xəbər agentliyinə istinadən bildirir ki, tunel vasitəisilə İngiltərəyə 5000 nəfərə yaxın mirantın keçdiyi bildirilir. Monitorinq qruplarının araşdırmasına görə, 37 min dəfərə kimi qaçqın Fransa-Britaniyada sərhəddində tuneldən keçməyə çalışır. Clais şəhərində minlərlə qaçqının qeyri-rəsmi məskunlaşdığı da hesabatda qeyd olunub.
“France-Press” agentliyi onu da bildirir ki, Parisin Londonla birgə qurduğu plan “siçan-pişik” oyununu xatırladır. Fransa tərəfdən Britaniyaya kiçik avtomobillə qaçqınların keçidi qadağan olunub. Belə olduğu halda qaçqınlar qatara qanunsuz minməklə, ya da piyada tuneli keçməyə cəhd edirlər ki, bu da son günlərdə olduğu kimi xeyli insanın ölümü ilə nəticələnir.
“Frankfurter Allgemeine Zeitung” qəzeti yazır ki, Britaniyanın baş naziri Devid Kameron Fransa prezidentdi Fransua Ollanda zəng vuruaraq “Qaçqınların axını son dərəcə önəmli məsələdir. Biz tunelin Fransa hissəsini də nəzarətə götürərək orada da divar çəkə bilərik. Bu məsələdə Fransaya kömək etməyə hazırıq” – deyib.
Məsələ ilə bağlı Fransanın daxili işlər naziri Bernard Kazaneu ve İngiltərəli kollegası Tereza May ilə Parisdə görüşüb. Görüşün yekunu olaraq sərhəd problemlərinin həllindən ötrü 10 milyon avro maliyyə ayırmağı qərarlaşdırıblar. Bundan əvvəl isə tuneldən keçidi əngəlləmək üçün Britaniya hökuməti 20 milyon avronun ayıracağını qeyd etmişdir. Bu işdə Avropa Birliyinin də Fransa və Britaniyaya maliyyə yardımı ayıracağı bildirilir.
Fərrux Həsənov
AzVision.az
Teqlər: