Azərbaycan Ermənistanı çökdürür – Erməni analitik

Azərbaycan Ermənistanı çökdürür – Erməni analitik
  10 Avqust 2015    Oxunub:6103
Azərbaycan Dağlıq Qarabağın geri qaytarılması siyasətini yürütmür, Ermənistanın siyasi və iqtisadi cəhətdən məhv olması üçün addımlar həyata keçirir.
AzVision.az xəbər verir ki, bu barədə `Ermənistan – İran strateji əməkdaşlığının perspektivləri` mövzusunda müzakirələrdə çıxışı zamanı Ermənistanın Kanadadakı sabiq səfiri, `Modus Vivendi` analitik mərkəzinin rəhbəri Ara Papyan bildirib.

Analitik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etmədiyini bildirib: `Dağlıq Qarabağ ətrafında münaqişə Azərbaycan üçün sadəcə bəhanədir. Onlar daha böyük məsələni həll edirlər: Bu yalnız Azərbaycanın yox, həm də Türkiyənin məsələsidir. Yəni onlar aralarında sədd olan Ermənistanın məhv edilməsini həyata keçirilər`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti