Rusiya ilə sərhəddə sədd çəkilə bilər

Rusiya ilə sərhəddə sədd çəkilə bilər
  11 Avqust 2015    Oxunub:2593
Latviya qeyri-leqal miqrantların axınını azaltmaq məqsədilə Rusiya ilə sərhədini möhkəmlətməlidir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Latviya DİN rəhbəri Rixard Kozlovskis bildirib.

“Rusiya ilə sərhəddə divarın ucaldılması üçün Latviyaya dörd il və 17 mln avro gərəkdir”, deyə nazir qeyd edib. Onun sözlərinə görə, yeni büdcə hazırlanarkən qeyd olunan məbləğ nəzərə alınmalıdır.

Latviyanın DİN rəhbəri bu cür addımların atılmasını Orta Asiya və Yaxın Şərq ölkələrindən qeyri-leqal miqrantların axınının artması ilə əlaqələndirib.


Teqlər:





Xəbər lenti