İrəvanda xalq yenidən etiraza qalxır

İrəvanda xalq yenidən etiraza qalxır
  11 Avqust 2015    Oxunub:1532
“Qalx, Ermənistan” hərəkatının nümayəndələri avqustun 11-nə təyin olunmuş etiraz aksiyası zamanı Yerevanın mərkəzindəki Respublika meydanını bağlamaq niyyətindədirlər.

Aksiya iştirakçıları prezident Serj Sarkisyanın və baş nazirin istefasını tələb edəcəklər. Müxalifət qüvvələri tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəklər.

Bu barədə hərəkatın üzvləri avqustun 10-da bəyanat yayıblar.

Bəyanatda deyilir: “Biz dəyişiklik istəyirik. İstəyirik ki, Ermənistanda hakimiyyət cinayətkarlardan təmizlənsin, oğurlanmış sərvətlər xalqa qaytarılsın, ölkədə ədalət bərqərar olunsun, qanunsuz və konstitusiyaya zidd siyasi partiyalar buraxılsın, siyasi təqiblərə son qoyulsun, azad, şəffaf və ədalətli seçkilər keçirilsin, sahibkarların toxunulmazlığı təmin olunsun. Hazırkı hakimiyyət çoxdan göstərib ki, nəinki bütün bunları etmək iqtidarında deyil, əksinə bütün imkanlardan istifadə edir ki, sadalananlar yerinə yetirilməsin".

Mitinq avqustun 11-də saat 19:00-da keçiriləcək.


Teqlər:





Xəbər lenti