`Google`dan gözlənilməz yenilik

`Google`dan gözlənilməz yenilik
  11 Avqust 2015    Oxunub:2301
ABŞ-ın məşhur `Google` şirkəti yeni yaradılan `Alphabet` holdinqinin tərkibinə qatılıb. Google` şirkəti həmçinin təşkilatı dəyişikliklərə də məruz qalacaq. Belə ki, şirkətə daxil olan və internet-biznesdən uzaq olan şöbələr yeni holdinqin tərkibində ayrıca şirkətlər kimi fəaliyyət göstərəcək. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Nümunə kimi `Google`in yaradıcı Larri Peyc qlükozaya həssas kontakt linzaların yaradılması ilə məşğul olan ` Life Sciences` və uzunömürlülük sahəsində araşdırmalar aparan `Calico` şirkətlərini misal göstərib.

Yeni holdinqin baş direktoru Larri Peyc, `Google`ın digər yaradıcısı Sergey Brin isə ` Alphabet`-in prezidenti olacaq.
`Google` məhsullar üzrə vitse-prezidenti Sundar Piçai isə `Google`ın baş direktoru olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti