Zəkəriya Öz ölkədən qaçıb

Zəkəriya Öz ölkədən qaçıb
  11 Avqust 2015    Oxunub:2196
Türkiyədə “Ərgənəkon” adlı cinayət işinin prokuroru Zəkəriya Öz ölkədən qaçıb.
AzVision.az - ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Zəkəriyə Özün Gürcüstana qaçdığı deyilir. Artıq məsələ ilə bağlı Gürcüstan polisinə xəbər də verilib. Gülən camaatının üzvü olduğu iddia edilən prokuror Zəkəriyə Öz dövlət çevrilişində ittiham olunur.

Qeyd edək ki, ötən gün Türkiyə Hakimlər və Prokurorlar Ali Qurumu tərəfindən prokurorluqdan kənarlaşdırılan Zəkəriyə Özl, Cəlal Kara və Məhmət Yüzgəç haqqında həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Zəkəriyə Özün əli ilə “Ərgənəkon” işi çərçivəsində general Vəli Kiçik və Türkiyə ordusunun sabiq baş qərargah rəisi İlkər Başbuğ da olmaqla, onlarla general terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdi.


Teqlər:





Xəbər lenti