Dərbənd meri istefa verdi

Dərbənd meri istefa verdi
  11 Avqust 2015    Oxunub:2292
Rusiyanın ən qədim şəhərlərindən biri, bu il 2000 min illiyini qeyd edəcək Dərbənd şəhərinin meri İmam Yaraliyev istefa verib.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

`Şəhər rəhbəri istefa verib. Rəsmi olaraq onun işdən çıxması haqqında səbəblər günün ikinci yarısında açıqlanacaq`, - deyə agentliyin mənbəsi bildirib.

Daha öncə Yaraliyevə dair cinayət işi açılmışdı, o, federal torpaqların paylanması zamanı öz səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirdi.

Yanvar ayının ortasında Dərbənd meriyasında axtarış aparılıb. Yoxlamalar zamanı “torpaq məsələlərinə dair sənədlər” yoxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti