Ermənistan baş nazirinin dəbdəbəli villası – VİDEO

Ermənistan baş nazirinin dəbdəbəli villası – VİDEO
  11 Avqust 2015    Oxunub:5226
İnternetdə Ermənistanın baş naziri Ovik Abramyanın dəbdəbəli villasının görüntüləri yayılıb.

Bu barədə AzVision.az `1in.am` saytına istinadən xəbər verir.

Görüntülər multikopterlə vasitəsilə səmadan çəkilib. Ermənistanda sosial-iqtisadi durumun acınacaqlı olmasına baxmayaraq kadrlardan göründüyü kimi erməni baş nazirin villası öz möhtəşəmliyi və böyüklüyünə görə ətrafdakı binalardan fərqlənir. Yayılan görüntülər Ermənistan sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub. Onlar baş naziri tənqid atəşinə tutublar.



Qeyd edək ki, Ermənistanda bu ilin iyunun 22-dən etibarən Ermənistanda elektrik enerjisi tariflərinin artırılması ilə bağlı kütləvi etiraz aksiyaları keçirilir. Etiraz aksiyalarının sabahda keçiriləcəyi bildirilir.

“Qalx, Ermənistan” hərəkatının nümayəndələri avqustun 11-nə təyin olunmuş etiraz aksiyası zamanı Yerevanın mərkəzindəki Respublika meydanını bağlamaq niyyətindədirlər.

Aksiya iştirakçıları prezident Serj Sarkisyanın və baş nazirin istefasını tələb edəcəklər. Müxalifət qüvvələri tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəklər.

Bu barədə hərəkatın üzvləri avqustun 10-da bəyanat yayıblar.

Bəyanatda deyilir: “Biz dəyişiklik istəyirik. İstəyirik ki, Ermənistanda hakimiyyət cinayətkarlardan təmizlənsin, oğurlanmış sərvətlər xalqa qaytarılsın, ölkədə ədalət bərqərar olunsun, qanunsuz və konstitusiyaya zidd siyasi partiyalar buraxılsın, siyasi təqiblərə son qoyulsun, azad, şəffaf və ədalətli seçkilər keçirilsin, sahibkarların toxunulmazlığı təmin olunsun. Hazırkı hakimiyyət çoxdan göstərib ki, nəinki bütün bunları etmək iqtidarında deyil, əksinə bütün imkanlardan istifadə edir ki, sadalananlar yerinə yetirilməsin".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti