Almaniyada sıxışdırılan `azad media`
AzVision.az “Bild” qəzetinə istinadən xəbər verir ki, həmin 2 jurnalist tədqiqat işi olaraq alman konstitusiyasının mühafizəsi ilə əlaqəli açıqlanmasına icazə verilməyən məlumatları mətbuata sızdırıblar. Məhz bu səbəbdən də baş prokurorluq onlar barədə “vətənə xəyanət” adı altında cinayət işi açıb. Lakin baş prokuror Harald Range tərəfindən başladılan iş sonradan müvəqqəti olaraq jurnalistlərin istintaqa cəlb edilməməsi ilə bağlı qərarla dayandırılıb.
Almaniya Jurnalistlər Birliyi isə adı çəkilən məsələ ilə əlaqədar məhkəmənin başlatdığı cinayət prosesini mediaya hücum kimi dəyərləndirib. “Netzpolitik.org” saytının rəhbəri Markus Bekedal açıqlamasında deyib ki, “hökumət bu olayı ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinə “Spiegel” jurnalının casus jurnalistləri tərəfindən ötrülən məlumatlarla paralelləşdirir. Elə ona görə də məsələyə bu qədər sərt yanaşılır”.
“Der Westen” qəzeti isə hadisə ilə əlaqədar yazır ki, cinayət işinə rəhbərlik edən Almaniyanın baş prokuroru Harald Range işin icrasını yubatdığı və həmin saytda çalışan hər iki jurnalisti hələlik təqsirkar görmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Xatırladaq ki, Almaniyada hökumətin mediaya qarşı olan basqılarına etiraz olaraq Berlin şəhərində təxminən 2000 nəfər insanın iştirakı ilə “mətbuata azadlıq” adı altına etiraz aksiyası keçirilirb. Həmçinin ATƏT tərəfindən Almaniya mediayanın sıxışdırılması ilə əlaqədar ciddi şəkildə tənqid olunaraq azad mətbuat, söz və fikir azadlığı kimi demokratik prinsipləri pozduğu üçün rəsmi formada xəbərdarlıq da edilib.
Fərrux Həsənov
AzVision.az
Teqlər: