Xüsusi əməliyyat: Süleymanov öldürüldü (VİDEO)

Xüsusi əməliyyat: Süleymanov öldürüldü (VİDEO)
  12 Avqust 2015    Oxunub:4892
Dağıstanda “Qafqaz Əmirliyi” təşkilatının lideri, Abu Usman Gimrinski kimi tanınan Maqomed Süleymanov öldürülüb.
Süleymanov Rusiya təhlükəsizlik qüvvələrinin İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyatı zamanı zərərsizləşdirilib.

Rusiyanın Birinci kanalının yaydığı məlumata görə, əməliyyat zamanı Maqomed Süleymanovdan başqa “Dağıstan əmiri” Kamil Saidov və Dağıstan dağ təşkilatının lideri Abdullah Abdullayev də öldürülüb.

"Əməliyyat nəticəsində 4 silahlı zərərsizləşdirilib. Onların üzərindən 3 avtomat, 2 tapança və digər sursatlar tapılıb. Çətin relyefdən istifadə edən bir neçə silahlı isə meşədə gizlənib. Dinc sakinləer arasında ölən və ya yaralanan olmayıb", deyə Rusiya milli antiterror komitəsinin informasiya mərkəzinin nümayəndəsi Dmitri Pavlov bildirib.

Onun sözlərinə görə, bölgədə antiterror əməliyyatları hələ də davam edir.

Maqomed Süleymanov “Qafqaz Əmirliyi”nin lideri Doku Umarovun 2015-ci il aprelində öldürülməsindən sonra onun yerini tutub. (Ans)




Teqlər:





Xəbər lenti