7 ermənini öldürən Permaykovun məhkəməsi başladı

7 ermənini öldürən Permaykovun məhkəməsi başladı
  12 Avqust 2015    Oxunub:2485
Ermənistanın Gümrü şəhərində7 ermənini öldürən rus hərbçisi Valeri Permyakovun məhkəməsi başlayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, o ,fərarilik və silah oğurlamaqda ittiham olunur.

Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

5 qarnizon hərbi məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Aleksandr Şeldyaev məhkəməyə sədrlik edir. İrəli sürən ittihamları Rusiya Cənub Hərbi Dairəsinin Prokurorluğunun hərbi prokurorunun müavini, ədliyyə polkovniki Vladimir Andrusenko dəstəkləyir. Permyakovun hüquqlarını isə Artur Danielyan qoruyur.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti