`Amnesty International` indi də fahişələrə dəstək olacaq

`Amnesty International` indi də fahişələrə dəstək olacaq
  12 Avqust 2015    Oxunub:5339
`Amnesty International` Beynəlxalq hüquq müdafiə təşkilatı fahişəliklə bağlı siyasətinə dəyişikliyin edilməsini təsdiqləyib. Bundan sonra təşkilat məcburiyyət olmadan reallaşdırılan pullu seksual münasibətlərin bütün aspektlərin leqallaşdırılması üçün kampaniyalar aparacaq.

Bu barədə AzVision.az `BBC`yə istinadən xəbər verir.

Daha əvvəl sənədin ilkin variantı ictimaiyyətə təqdim olunub və qadın hüquqlarını qoruyan qruplar arasında qızğın mübahisələrə səbəb olub. Belə qrupların fikrincə, qanunun liberallaşdırılması sutenyorluğun qanuniləşdirilməsi və fahişəxanaların saxlanması kimi çağırışlara bərabərdir.

Çərşənbə axşamı İrlandiyanın paytaxtı Dublində ` Amnesty`nin 70 ölkədən olan 400 nümayəndəsi arasında keçirilən səsvermə nəticəsində hüquq təşkilatı bu tənqidləri rədd edib.

Dublində qəbul olunan qətnamə `hər iki tərəfin razılığı ilə baş tutan seks-sənayenin bütün aspektlərinin tam şəkildə dekriminallaşdırılmasını` nəzərdə tutur.
`Amnesty International`-ın nümayəndələrinin sözlərinə görə, aparılan araşdırmalar bunu deməyə əsas verir ki, leqalalşdırılması seks-sənaye işçilərinin hüquqlarının qorunması üçün ən yaxşı vasitədir.

`Qadın ticarətinə qarşı koalisiya` isə ` Amnesty` təşkilatının yalnız bir arqumenti ilə razılaşır. Bu da fahişəliklə məşğul olanların cəzalanmamasıdır. Koalisiya nümayəndələri bildirirlər ki, seks alış-satışının tam şəkildə dekriminallaşdırılması nəticəsində sutenyorlar biznesmen olacaq və zəif insanların hesabına varlanacaqlar.

`Amnesty`nin qərarının əhəmiyyətliliyi bundadır ki, indi bu təşkilat öz qərarını bütün dünyada yaymağa çalışacaq və hökumətlərə onun mövqeyi ilə razılaşmağı təklif edəcək.

Nüfuzlu hüquq-müdafiə təşkilatının seks-sənayeyə cəlb olunan bütün tərəfləri məsuliyyətdən azad olunmasına nail olmaq planları cəmiyyət arasında böyük rezonansa səbəb olub.

Bu yaxınlarda nüfuzlu `Guardian` qəzetində dərc olunan redaksiya məqaləsində vurğulanır ki, `Amnesty` təşkilatı fahişəliyin dekriminallaşdırılmasını dəstəkləməklə ciddi səhv buraxacaq.

Müzakirə olunan sənədin ilkin variantı yayıldıqdan sonra Meril Strip, Emma Tompson və Keyt Uinslet kimi məşhur aktrisalar daxil olmaqla qadın haqlarını qoruyan təşkilatlar `Amnesty` kəskin şəkildə tənqid edib.

ABŞ-ın sabiq prezidenti Cimmi Karter `Amnesty International`-ı fahişəlik haqqında öz mövqeyinin kəskin dəyişiklik etməzdən əvvəl xeyli düşünməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti