İŞİD-ə zirehli gödəkcə aparan azərbaycanlı tutuldu

İŞİD-ə zirehli gödəkcə aparan azərbaycanlı tutuldu
  12 Avqust 2015    Oxunub:2514
Ankaranın Əsənboğa hava limanında İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən Azərbaycan vətəndaşının İŞİD-ə qoşulacağı barədə məlumat Ankara polisinə daxil olub.

Polis 49 yaşlı Azərbaycan vətəndaşı Bəkir Qalibov üzərinə baxış keçirib. Onun baqajına baxış keçirilən zaman orada 17 ədəd zirehli gödəkcə, dərman preparatları və s aşkarlanıb.

Əliyev polis tərəfindən saxlanılıb. Müvafiq prosedurlar həyata keçirildikdən sonra Qalibov Azərbaycana deportasiya ediləcək.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti