Berlin aeroportunun tikintisi nə vaxt qurtaracaq?

Berlin aeroportunun tikintisi nə vaxt qurtaracaq?
  12 Avqust 2015    Oxunub:1809
Münhen yaxınlığında yerləşən mərkəzlərindən çağırılmış logistika komandası, təhlükəsizlik və aviasiya üzrə ekspertlər 2011-ci ilin payızında 600 milyon avroya başa gəlmiş terminalda bir sıra yoxlanışlar keçirmək və təsdiq işlərini həll etmək üçün Beynəlxalq Berlin Brandenburg hava limanına gəldilər.
AzVision.az xəbər verir ki, növbəti iyun ayında açılması və Avropanın “ən müasir” hava limanı olması gözlənilən bu aeroportun hər il 27 milyon sərnişin qəbul etməsi nəzərdə tutulub.

ORAT (Operations Readiness and Airport Transfer – Hazırlıq Əməliyyatları və Aeroport Transferi) kimi bilinən inspektorlar komandası sınaq keçirdi, baqajların təhvil verilməsindən təhlükəsizlik yoxlanışlarına və yanğından müdafiə sisteminə qədər hər şeyi yoxladı. Sonuncusuna xüsusi əhəmiyyət verilirdi. Belə ki, 1996-cı ildə Düsseldorf aeroportunda 17 nəfərin həlak olması ilə nəticələnən yanğını heç kim unuda bilməz.

Yoxlanış zamanı inspektorlar tərəfindən yanğın canlandırılarkən isə sistemin düzgün işləmədiyi, bəzi siqnalların işə düşmədiyi, işə düşən siqnalların isə terminalın yanlış yerində yanğın çıxdığını göstərdiyi məlum oldu. ORAT texniklərinin aşkar etdiyinə görə, bunun səbəbi tikilinin altında istilik kabelləri ilə bərabər yüksəkvoltlu elektrik xətlərinin getməsidir, belə ki, bu, özü də yanğın təhlükəsi yaradır. Hələ bu hamısı deyil. Yanğın zamanı tüstünü çıxarıb təmiz hava ilə əvəz etməsi üçün nəzərdə tutulan borularda da problem yarandı. İnspektorlar bu nəticəyə gəldilər ki, əsl yanğın çıxarsa, əsas tüstü borusu da partlaya bilər.

“Flugfahen Berlin Bradenburg” hava limanı şirkətinin baş icraçı direktoru Reiner Schwarz yanğın sistemində çıxan problemə əhəmiyyət vermədi. O və onun işçi heyəti aeroportun fəaliyyətə başlamasına lisenziya verəcək son insan Stephan Loge və aeroportun nəzarət heyətinə bir sıra məsələlər üzrə işlədiklərini və vəziyyətin nəzarət altında olduğunu bildirdilər. Schwarz eyni zamanda aeroportun vaxtında açılması üçün həll you tapılmasına kömək edəcək bir qrup da yaratdı. Həmin qrup 2012-ci ilin martında belə bir təklif irəli sürdü ki, mobil telefonla təmin edilmiş 800 nəfər aşağı maaşlı işçi terminalda müxtəlif yerlərdə durub tüstü və ya yanğın gördükləri zaman aeroportun yanğın stansiyasına xəbər versinlər və sərnişinləri çıxışlara doğru yönəltsinlər. Ancaq bu təklifdə bölgənin mobil telefon şəbəkəsinin etibarlı olmadığı və yanğın zamanı temperaturun 1000 dərəcə Farengeytə çata biləcəyi mövqelərdə işçilərin ola biləcəyi nəzərə alınmırdı. Aeroportun problemli infrastrukturu üzrə geniş araşdırma aparmış parlament üzvü və eyni zamanda fizik olan Martin Delius bunun çox axmaq bir plan olduğunu bildirir. Buna baxmayaraq, Schwarz açılış üçün hazırlıq görməyə davam etdi, almanlar isə keçirilən sınaqları unutdu.

Komissar Stephan Loge isə aeroportun işinə şübhə ilə yanaşırdı. İşçi heyəti “Tropik Adalar Kurortu”nda yanğından müdafiə sisteminin yoxlanılması üçün çoxlu vaxt sərf etmiş Loge bildirir ki, burdakı sistem Berlin Brandenburg hava limanında olduğundan daha qarışıq olsa da, işləyib.

Planlaşdırılan açılış tarixinə dörd həftədən də az bir müddət qalmış, may ayının 7-də Loge ilk dəfə Schwarz ilə görüşdü. Schwarz aeroportun açılışının yanğın olacağı halda xəbər verəcək çoxlu sayda işçi ilə baş tutması fikrində qaldı. Loge isə bunu qəbul etmədi və aeroportun fəaliyyətə başlaması üçün lisenziya verməyi rədd etdi. Növbəti gün Schwarz dövlət rəsmiləri və jurnalistlərlə dolu zalda aeroportun planlaşdırılan tarixdə açılışının baş tutmayacağını bildirdi.

Bu, hələ də davam edən və Almaniyanın nizam, effektivlik və mühəndislik məharətinə görə qazandığı adı ləkələyən uğursuzluğa bir növ giriş idi. Buna misal olaraq, 2 milyard avro dəyərində olan Stuttgart 21 vağzalını və Hamburqda 865 milyon avroluq konsert zalını göstərmək olar.

Yunanıstanı israfçılıqda qınayan Merkel indi özü aeroport üçün çəkilən xərclərin 5,4 milyard avroya qədər üç qat artması ilə üz-üzədir. Schwarz da daxil olmaqla, hava limanı şirkətinin iki direktoru, üç texniki rəhbəri, memarlar və yüzlərlə olmasa da, onlarla işçi ya işdən qovuldu, ya istefa verməyə məcbur edildi, ya da özləri işdən çıxdılar. Dövlət bu böyük obyektin təkcə yaxşı vəziyyətdə qalması üçün hər ay 16 milyon avro ayırır. Ən optimist proqnozlara görə, aeroport ilk sərnişinlərini ən tez 2017-ci ildə qəbul edəcək.

2012-ci ilin may ayında möhtəşəm açılışın təxirə salındığı elan edildikdən sonra icraçı direktorlar, heyət üzvləri və podratçılar bir-birlərini günahlandırmağa başladılar. Schwarz memar von Gerkan və onun şirkətini irəliləyiş olması ilə bağlı səhv məlumatlar verib idarə heyətini yanlış istiqamətləndirməkdə ittiham etdi. Memarlar işdən çıxarıldı, bu da layihənin başa çatdırılmasını ləngitdi. Von Gerkan isə Schwarzun bu işlə bağlı anlayışı olmadığını, həddən artıq çox tələblər irəli sürdüyünü, bir növ “nağıl” içində yaşadığını bildirərək qarşılıq verdi. Daha sonra Berlinin keçmiş meri əvvəlcə nəzarət heyətinin sədrliyindən, daha sonra isə merlik vəzifəsindən istefa etdi. Voveraytın nəzarət heyətini tərk etməsindən qısa müddət sonra Schwarz da işdən çıxarıldı. Schwarz bunun haqsızlıq olduğu iddiası ilə məhkəməyə müraciət etdi və məhkəmə uğursuzluğa görə nəzarət heyətinin ortaq məsuliyyət daşıdığını bildirərək hava limanı sahiblərinin Schwarza 1,14 milyon avro ödəmələri əmri verdi.

Schwarzdan sonra vəzifəyə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin yaxın dostu, 72 yaşlı Hartmut Mehdorn, ondan sonra isə 2015-ci ilin yanvarında Rolls-Royce şirkətində baş mühəndis vəzifəsində çalışmış 51 yaşlı Karsten Mühlenfeld gəldi.

Nəzarət heyətinin verdiyi məlumata görə, aeroportun tikintisi 2016-cı ilin ortalarına qədər tamamlanmalıdır. Mühlenfeld bildirir ki, əgər hər şey plana uyğun gedərsə, aeroport 2017-ci ildə fəaliyyətə başlayacaq.


Teqlər:





Xəbər lenti