Rusiya ən təhlükəli düşmənimizdir – Amerikalı general

Rusiya ən təhlükəli düşmənimizdir – Amerikalı general
  13 Avqust 2015    Oxunub:2239
Rusiya ABŞ üçün ən təhlükəli ölkələrdən biridir.
AzVision.az `Reuters`ə istinadən xəbər verir ki, bu barədə Pentaqonda keçirilən mətbuat konfransında çıxışı zamanı ABŞ quru qoşunları qərargahının rəisi Reymond Odierno bildirib.

`Hesab edirəm ki, Rusiya bir neçə səbəbə görə daha təhlükəlidir. İlk növbədə o digər potensial rəqiblərindən daha hazırlıqlıdır`, - deyə general vurğulayıb.

Generalın fikrincə, Rusiyanın Ukraynada çətin əməliyyatlar həyata keçirməsi üçün imkanları var. Bununla əlaqədar Odierno NATO hərbçilərinin Şərqi Avropada potensialının artırılmasını vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu Odiernonun sonuncu mətbuat konfransı olub. Avqustun 15-i o öz vəzifəsindən gedir. General İraq müharibəsi veteranıdır, 2008-ci ilin sentyabrın 16-dan Beynəlxalq Koalisiya qüvvələrinə rəhbərlik edir. O, təqaüd yaşına (60) çatdığı üçün istefa verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti