Çin yuanı yenə devalvasiya oldu
Bu qərardan sonra yuanın dollara nisbətən kursu 1,1% azalaraq bir dollar üçün 6,4010 olub. Çin Xalq Bankının məlumatına görə, milli valyutanın kursunun aşağı düşməsi üçün heç bir əsas yoxdur.
Çin Xalq Bankı son üç gündə milli valyutanı üçüncü dəfədir ki devalvasiya edir: Avqustun 11-i cin valyutası 1,9%, avqustun 12-i isə daha 1,62% devalvasiya edib.
Eldar Tanrıverdiyev
AzVision.az