Çində dəhşətli yanğın: 50 ölü – Foto - Video

  13 Avqust 2015    Oxunub : 1940
Çində dəhşətli yanğın: 50 ölü – Foto - Video
Çinin Tyantsin şəhərində tez alışan materiallar anabarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb.
AzVision.az `Reuters`ə istinadən xəbər verir ki, baş verən iki partlayış nəticəsində təxminən 500 nəfər yaralanıb. Hazırda şəhər rəhbərliyi 36 yanğınsöndürənlə əlaqənin itdiyini açıqlayıb.



Yanacaq anbarında baş verən partlayış nəticəsində yaxınlıqdakı bina uçub, onlarla tikiliyə ziyan dəyib. Eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.



Partlayışın gücü elə həddə olub ki, yerli seysmoloji mərkəz tərəfindən qeydə alınıb. Məlumatlara görə, partlayış qonşu Xebey əyalətinin bir sıra bölgəsində hiss edilib.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: