Türkiyədə hökumət qurmaq mümkün olmadı
APA-nın xəbərinə görə, görüş 1,5 saat davam edib. İlkin ehtimala görə, görüşdə iki partiyanın koalisiya hökuməti qurması ilə bağlı müsbət nəticə əldə edilməyib. Bir azdan Əhməd Davudoğlu jurnalistlərə açıqlama verməsi gözlənilir. O, görüşdə aparılan müzakirələr və nəticələr barədə məlumat verəcək. Ondan sonra isə Kamal Kılıcdaroğlunun açıqlama verəcəyi gözlənilir.
Bu, onlar arasında keçirilən 3-cü görüş idi.
Teqlər: