Türk prokurorlar Ermənistana yox, Ukraynaya qaçıb

Türk prokurorlar Ermənistana yox, Ukraynaya qaçıb
  14 Avqust 2015    Oxunub:2274
Türk prokrorlar Zəkəriya Öz və Cəlal Qara Ermənistana deyil, Ukranyaya qaçıblar.
AzVision.az - ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, onlar Ukranyanın paytaxtı Kiyev şəhərindən 100-150 km uzaqlıqda bir dağ evində yaşayırlar.

Türkiyə höküməti prokurorların ölkəyə geri qaytarılması isitqamətində Ukrayna ilə danışıqlar aparır.

Qeyd edək ki, Türkiyədə İstanbulun 3 keçmiş prokuroru barəsində dövlət çevrilişinə cəhd ittihamı ilə həbs qəti-imkan tədbiri seçilib. Gülən hərəkatının üzvü olmaqda şübhəli bilinən dövlət ittihamçıları Zəkəriyyə Öz, Cəlal Kara və Məhmət Yüzgəç iddiaya görə, demokratik yolla seçilmiş höküməti devirmək məqsədilə 2013-cü ildə korrupsiya qalmaqalına səbəb olmuş, hakim AKP partiyasının rəsmilərinə yönəlik 17 dekabr və 25 dekabr əməliyyatlarını təşkil edib.

Dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan prokuror Zəkəriyyə Öz mayın 12-də tutduğu vəzifədən kənarlaşdırılıb. Xatırladaq ki, 2013-cü ilin dekabrın 17-də Baş prokurorluğun göstərişi ilə Türkiyə polis idarəsinin Maliyyə cinayətlərinə qarşı şöbəsinin keçirdiyi əməliyyat nəticəsində korrupsiya ittihamı ilə 47 nəfər o cümlədən, Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyi, Mənzil Tikinti Nazirliyindən olan bir neçə rəsmi, türk nazirlərin bir neçə övladı saxlanılmış, həmçinin daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyat naziri Zəfər Çağlayan istintaqa cəlb olunmuşdu.


Teqlər:  





Xəbər lenti