Obama tətildə bu kitabları oxuyacaq – SİYAHI

Obama tətildə bu kitabları oxuyacaq – SİYAHI
  14 Avqust 2015    Oxunub:2444
ABŞ prezidenti Barak obama istirahətinin bir hissəsini kitab oxumağa həsr etmək niyyətindədir.
AzVision.az `Politico` qəzetinə istinadən xəbər verir ki, Obama tətildə 6 kitab oxuyacaq.

Obama bədii, elmi, həmçinin fantastika janrında yazılan bədii əsərlər oxuyacaq.

ABŞ prezidentinin tətildə oxuyacağı kitablar bunlardır

Ceyms Solter - `Mövcud olan hər şey`
Entonni Dorr - `Bizə görünməyən işıq`
Elizabet Kolbert - `Altıncı məhv olma`
Cumpi Lahir - `Alçaqlıq`
Ta Nehis Kouts - `Dünya və mən arasında`
Ron Çernou - `Vaşinqton: Həyatı`

Qəzet ABŞ prezidentinin 16 günə 6 kitab oxumasını lovğalıq adlandırıb. Belə ki, nəşrin hesablamalarına görə, Obama hər kitabın oxunulmasına 2,5 gün sərf edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti