Dünyanın ən məşhur xüsusi xidmətləri

Dünyanın ən məşhur xüsusi xidmətləri
  14 Avqust 2015    Oxunub:4324
Dünyada bir çox məxfi xidmət orqanları fəaliyyət göstərir, lakin onlar arasında fəaliyyət parametlərinə, gizli bağlantılarına, məlumat əldə etmə imkanlarına, eləcə də casusluq şəbəkəsinin genişliyinə görə bəziləri xüsusilə seçilirlər.

Hazırda dünyada 11 xüsusi xidmət orqanı daha məşhurdur. Söhbət bu orqanlarından gedir:

1) Mossad – İsrailin gizli xidmət servisi olan “Mossad”ın heyəti elə də böyük tərkibdə deyil. Hazırda sözügedən orqanda 1200 əməkdaşın çalışdığı deyilir.

2) CİA – ABŞ-ın xüsusi xidmət orqanı sayılan “CİA”-nin 30 000 əməkdaşı, dünya ölkələrində 3500-dək casusunun olduğu bilinməkdədir.

3) `Vevak` – İran İslam Respublikasının gizli xidmət orqanı kimi tanınan “Vevak”ın 15 000 nəfərədək üzvünün, qeyri-rəsmi isə 10 000 nəfərdən çox casusunun olduğu qeyd edilir.

4) “ISI” – Pakistanın xüsusi xidmət orqanı olan “ISI”nın 10 000 əməkdaşının olduğu güman edilir.

5) “DGSE” – Fransanın xüsusi xidmət orqanın “DGSE”nin 3300-a yaxın sivil vətəndaşlar içərisində əməkdaşlarının, 1500-dək isə hərbi sferada çalışan agentinin olduğu deyilir.

6) “SIS” – Britaniyanın xüsusi xidmət orqanlarından biri olan “SIS”-ın 2500 nəfər əməkdaşı var.

7) “QRU” – Rusiyanın tanınmış xüsusi xidmət təşkilatı “QRU”nun 12 000 casusu, təqribən 25 000-dək əməkdaşı, o cümlədən, əsgəri və xüsusi təyinatlısı var.

8) “Guoanbu” – Çinin xüsusi xidmət servisi olan “Guoanbu”nun 10 000 işçisinin olduğu bildirilir.

9) “RAW” – Hindistanın xüsusi xidmət orqanın “RAW”ın 10 000-ə yaxın əməkdaşının olduğu deyilir.

10) “SSI” – Misirin xüsusi xidmət orqanı olan “SSI”-ın da 10 000 nəfərədək heyətinin olduğu söylənilir.

11) “BND” – Almaniyanın xüsusi xidmət orqanı kimi tanınan “BND”-nin 6050 nəfər əməkdaşı var.

Bütün bu xüsusi xidmət orqanları müxtəlif vasitələrin hesabına gizli informasiyalar toplamağa çalışırlar. Dinləmə vasitələri isə əldə olunan məlumatlar daha effektiv qiymətləndirilir. Ümumiyyətlə isə hər bir xüsusi xidmət orqanı reallaşdırlan işlərdən ötrü külli miqdarda vəsait xərcləyir. Məsələn, Almaniyanın xüsusi xidmət orqanı bir ildə 480 milyon avroya yaxın maliyyə sərf edir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti