Moskvada azərbaycanlı milyonçu saxlanıldı
Rusiya Federal Gömrük Xidmətinin yaydığı məlumata görə, gəliş zalının `qırmızı dəhlizi`ndə gömrük inspektoru Dubay reysi ilə sərnişini saxlayıb. Sərnişin gömrük inspektoruna nağd halında 1 milyon min 300 dollar aparmağa icazə verən gömrük bəyannaməsini təqdim edib. Bəyannamədə göstərilməyən nağd vəsaitin həcmi 700 min ABŞ dollar olub ki, bu da gömrük qanunvericiliyində icazə verilən məbləğdən 5 dəfə çoxdur.
Azərbaycan vətəndaşı haqqında nağd pul vəsaiti və alətlərinin qaçaqmalçılığı üzrə cinayət işi başladılıb.
Eldar Tanrıverdiyev
AzVision.az