Rusiyada qəza: 5 azərbaycanlı yaralandı

Rusiyada qəza: 5 azərbaycanlı yaralandı
  14 Avqust 2015    Oxunub:2685
Rusiyada baş verən yol-nəqliyyat qəzası zamanı beş Azərbaycan vətəndaşı xəsarət alıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəza Saratov vilayəti Sızran – Saratov – Volqoqrad avtomagistralının 197-ci kilometrliyində baş verib.

Mikroavtobus sürücüsü idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşları xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan ikisi üç qadın və bir uşaqdır. Onların vəziyyətinin ağır olmadığı bildirilir.
İlkin məlumatlara görə, mikroavtobus Orsk – Bakı marşrutu üzrə hərəkət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti