Papa fırıldaqçını bağışladı
AzVision.az “Bild” qəzetinə istinadən bildirir ki, Roma Papası ilə baş keşiş Tebartz-Van Elstin arasında yaşanan maliyyə fırıldaqçılığı problemi öz həllini tapıb. Belə ki, 2013-cü ildən bu yana Papa tərəfindən yepiskopa qarşı 3,9 milyon avroluq maliyyə itkisi ilə əlaqədar başladılan araşdırmanın sonu olaraq yepiskop Papa tərəfinən bağışlanıb.
Xəbəri Roma Papasının rəsmi təmsilçisi də təsdiqləyib, lakin Papa Fransiskin niyə belə addım atdığı açıqlanmayıb.
Qeyd edək ki, 31 miyon avro dəyərində yepiskop evinin tikintisində 3,9 milyona yaxın vəsaitin yoxa çıxdığı bildirilirdi. Vatikan adı məsələdə hallanan baş keşiş Tebartz-Van Elstə qarşı irəli sürdüyü ziyanı tələb etmək fikrindən daşınıb.
Fərrux
AzVision.az